Bakıda daha bir müəllim vəfat etdi

Bakıda məktəb müəllimi vəfat edib.
Redaktor.az xəbər verir ki, Qafqazinfo.az-ın məlumatına görə, 284 saylı tam orta məktəbin müəllimi Ağayeva İndira Aydəmir qızı bu gün dünyasını dəyişib.
1971-ci il təvəllüdlü müəllimin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Ağayeva İndira sözügedən təhsil ocağında Kimya fənnini tədris edirdi.