"Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir" - Məleykə Abbaszadə

 10:38 02.02.2023     377

“Hazırda ölkədə dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir”.

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu say kifayət qədər yaxşıdır:

“Onu da qeyd edim ki, dövlət qulluğunda çalışanlar 35 yaşa qədər olan şəxslər ümumilikdə 36 faiz təşkil edir. Bu da özlüyündə yüksək rəqəmdir”.

"Gələn 3 il ərzində 35 yaşınadək dövlət qulluğunda çalışanların sayının 50 faizə qaldırılması planlaşdırılır. Biz bu istiqamətdə əlimizdən gələni edəcəyik. Həmin kadrların kifayət qədər gənc olduğunu nəzərə alsaq, qeyd edə bilərik ki, bu hal dövlət qurumlarının işinə də öz müsbət təsirini göstərəcək”, - M.Abbaszadə vurğulayıb.