Deputat Türkiyədə oxuyan tələbələrə təyyarə biletləri üçün güzəştlər təklif etdi

 11:45 17.02.2023     1015

Milli Məclisin deputatı Ceyhun Məmmədov Türkiyədə baş verən zəlzələ səbəbindən Vətənə qayıdan tələbələrə dərs vəsaitlərini götürmələrindən ötrü təyyarə biletlərinə müəyyən güzəştlərin edilməsini təklif edib.

Redaktor.az xəbər verir ki, deputat parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib ki, Türkiyədə təhsil bir neçə azərbaycanlı tələbə zəlzələ səbəbin ölkəyə qayıdıb.

Onun sözlərinə görə, bu gün təyyarə biletlərinin yüksək olması səbəbindən tələbələrin ölkəyə qayıtmasında müəyyən çətinliklər yaşanır: “Buna görə də tələbələrin çoxu qış tətilini Azərbaycanda deyil məhz, təhsil aldıqları ölkədə keçirməli olurlar. Başqa məsələ isə Türkiyədə zəlzələ səbəbindən təhsilin distant formada olmasından orada təhsil alan azərbaycanlı tələbələrin bir hissəsi Azərbaycana qayıdıb”.

Deputat vurğulayıb ki, onların kitabları və istifadə etdikləri dərs vəsaitləri orada qalıb: “Amma təyyarə biletlərinin baha olmasından qayıdıb götürə bilmirlər. Bütün bunlar nəzərə alınaraq tələbələrə təhsil məqsədilə həm daxili, həm də xarici nəqliyyat vasitələrindən istifadə üçün müəyyən güzəştlərin tətbiqinə baxılmasına ehtiyac var. Dünyada belə təcrübə çoxdur. Türkiyədə də bu təcrübə uğurla tətbiq olunur. Ölkə rəhbərliyinin təhsilə böyük önəm verməsini nəzərə alaraq müvafiq dövlət qurumları bu sahədə araşdırma aparıb aidiyyəti qurumlara təkliflərini verməlidir”.