Bakıda şagirdin məktəbdə döyülməsi barədə AÇIQLAMA

 16:26 18.02.2023     523

14 fevral 2023-cü il tarixində fiziki tərbiyə dərsi zamanı şagirdlər məktəbin həyətində futbol oynamaq məqsədilə komandaya bölünərkən şagirdlərdən biri digərini (müvafiq səbəbdən şagirdlərin adları qeyd olunmur) itələyib. Nəticədə şagird yerə yıxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə 241 nömrəli tam orta məktəbdən həmin məktəbin şagirdinin naməlum şəxs tərəfindən döyülməsi iddiaları ilə bağlı verilən məlumatda qeyd olunub.

“Müəllim dərhal müdaxilə edib, şagirdlərlə söhbət aparıb, onlar yanlış hərəkət etdiklərini anlayıb, qarşılıqlı olaraq üzrxahlıq ediblər. Həmin gün şagirdlər günün sonunadək dərsdə iştirak ediblər.

Fevralın 17-də valideyn məktəbə gəlib və övladının xəsarət aldığını söyləyib. Daha sonra valideynin hüquq-mühafizə orqanlarına müraciət etdiyi məlum olub” (oxu.az).