Bu rayonun təhsil sektoruna yeni müdir təyin edildi

 15:45 21.02.2023     489

Elşən Ələsgərov Şəmkir rayon təhsil sektoruna müdir təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qeyd edək ki, Ələsgərov Elşən Zeynal oğlu daha öncə Şəmkir rayon Morul tam orta məktəbinin direktoru işləyib.