"Müəllimlərin orta aylıq əmək haqqı 790 manata çatıb" - Nazir

Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği 3 dəfə artıb.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.
O bildirib ki, sonuncu artımla müəllimlərin orta aylıq əmək haqqı 790 manata çatıb.
Qeyd edək ki, fevralın birindən diaqnostikası aparılan müəllimlərin maaşı 10 faiz artıb.