MİQ imtahanının vaxtı ARTIRILACAQ

 15:27 27.02.2023     3200

Müəllimlərin işə qəbulu (MİQ) imtahanında vaxta dəyişiklik edilir.

Redaktor.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, MİQ imtahanlarında bu il bütün fənnlərdən imtahan verən namizədlərə 30 dəqiqə əlavə vaxt veriləcək.

Qeyd edək ki, imtahan 120 dəqiqə idi, dəyişiklikdən sonra 150 dəqiqə olacaq.