Müəllimlə dalaşan məktəb direktoru barədə araşdırmaya BAŞLANILDI - VİDEO

 17:22 27.02.2023     1283

Xəbər verdiyimiz kimi, Biləsuvar rayonu İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbin direktoriu ilə müəllim dalaşıb.  Onların əlbəyaxa olması barədə görüntülər sosial şəbəkədə yayımlanıb.

Görüntülərdə məktəbin direktoru Üzeyr Eyvazov və riyaziyyat müəllimi R.Əmirov arasında baş verən münaqişə lentə alınıb.

Elm və Təhsil Nazirliyindən Şirvan- Salyan Regional Təhsil İdarəsinə istinadənin məsələ ilə bağlı Redaktor.az-ın göndərdiyi sorğuya cavab olaraq  bildirildi ki, 22.02.2023-cü il tarixində Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbində baş verən hadisə araşdırılır. 

"Araşdırma bitdikdən sonra bununla bağlı mətbuata ətraflı məlumat veriləcək",- deyə sorğuda qeyd olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan da bildirildi ki, hadisə ilə bağlı araşdırma aparılır.

Həmidə İbrahimova