Nazir qəzalı məktəb binalarının sayını AÇIQLADI
“Hazırda 800-dən çox məktəb qəzalıdır. Bunları eyni ildə təmir etmək mümkün deyil”.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, bu, mərhələli şəkildə aparılır:
“Elə məktəblər var ki, həqiqətən də ürəkaçan deyil. Amma eyni zamanda bunu gündə düzəltmək mümkün deyil, yavaş-yavaş düzəldilir. 4 məktəbdən 3-ü təmirlidir və yaxşı vəziyyətdədir, bu, təhsil tariximizdə ən yaxşı vəziyyətdir. İl ərzində təxminən 100 məktəb təmir olunur. Hər rayonda il ərzində təxminən 1 və ya 2 məktəbi düzəltməyə çalışırıq. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən də məktəblər düzəldilir. Birinci olaraq ən böyük və daha pis vəziyyətdə olan məktəblər təmir edilir”.