İşdən çıxarılan deputat-direktorun yerinə təyinat oldu

 15:24 01.03.2023     377

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə jurnalist Sara Əzimova özünün feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, bu vəzifəni həmin məktəbdə dərs hissə müdiri vəzifəsində çalışmış Tahirə Qasımova icra edəcək.

Qeyd edək ki, 12 nömrəli məktəbin əvvəlki direktoru, Naxçıvan Ali Məclisinin deputatı Turan Məmmədli ötən ay müəllimlərlə yaşadığı qalmaqala görə vəzifəsindən uzaqlaşdırılmışdı.

Həmidə İBRAHİMLİ

2