Bağça müəllimlərinin sertifikasiyaya cəlb olunması ilə bağlı qaydalar hazırlanacaq
Hazırda bağçalarda olan tərbiyəçi müəllimlərin sertifikasiyası ilə bağlı qaydaların hazırlanması istiqamətində iş aparılır. Qaydalar təsdiqləndikdən sonra ictimaiyyətə açıqlanacaq.
Redaktor.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Təhsilverənlərin sertifikatlaşdırılması" mövzusunda danışarkən deyib.
O bildirib ki, 2026-cı ilə qədər məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər də sertifikasiyaya cəlb olunacaq.