Bakıda bu məktəbdə 8 Mart üçün pul yığımına görə araşdırma APARILDI

 18:12 02.03.2023     2033

Bakı şəhəri 60 nömrəli tam orta məktəbdə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar vəsait toplanması barədə məlumata aydınlıq gətirilib.

Redaktor.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı məktəbdaxili araşdırma aparılıb.

Araşdırma nəticəsində bəlli olub ki, məktəbin 5a sinfinin valideyni şəxsi qərarı ilə bayramla əlaqədar pul yığılması ilə bağlı votsap qrupda sinfin digər valideynləri ilə müzakirə aparıb. Valideynlər razılaşmadığı üçün bu təşəbbüsdən yan keçib.

Bildirilib ki, məsələ ilə bağlı bu gün həmin sinfin validenləri ilə iclas keçirilib və valideynlərə müvafiq tövsiyələr verilib:

"Qeyd edək ki, məktəbdə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı hər hansı formada vəsaitin toplanması təşəbbüsü olmayıb. Bu kimi halların qarşısını almaq üçün məktəb rəhbərliyi tərəfindən pedaqoji kollektivlə də görüşlər keçirilib" (apa).