ADU-da "Çin çətirləri – Çinin mədəniyyət fenomeni" adlı master-klass keçirildi

 20:49 06.03.2023     282

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çin çətirləri – Çinin mədəniyyət fenomeni” adlı seminar keçirilib.

Redaktor.az xəbər verir ki, seminarı giriş sözü ilə açan ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin zəngin və çoxşaxəli çətir mədəniyyətinin tarixindən, qovuşmanı, çoxlu sayda uşaq və nəvələrin mövcudluğunu, şər qüvvələrdən qorunma və xeyir-dua ifadə edən “çətir” heroqlifinin yazılışındakı simvolizmdən bəhs edib.

Seminarda ADU-nun çinşünas tələbələri Çində çətirin ixtirası ilə bağlı əfsanələr, kağız çətirlərin əsas növləri (çiçəkli, papiros kağız üzərində, ipək çap), çətirin Çində istifadə iyerarxiyası, qədim Çin imperatorlarının, məmurların, rahiblərin və adi insanların ipək və kağızdan qatlanan çətirlərinin bədii dizaynı, çətirlərlə ənənəvi rəqsin regional növləri və estetikası barədə danışıblar.

Ənənəvi Çin sənətkarlıq növü olan kətan və yağlı kağız kimi materiallardan, taxta çərçivəli və bambuk qulplu çətirlərin günbəz və çərçivəsinin hazırlanması texnologiyasının  unikallığı qeyd olunub.

Tədbir çərçivəsində Xançjoudakı Çin Çətir Muzeyinin çətir sənətinin mədəniyyətini, tarixini, sənətkarlıq texnikasını əks etdirən ekspozisiyaları ilə bağlı  videoçarx nümayiş etdirilib. Sonda Çin kağız çətirlərinin rənglənməsi üzrə maraqlı master-klass keçirilib.