Bakıda universitetin əməkdaşı işdə vəfat etdi

 12:26 09.03.2023     812

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və Kimya kafedrasının böyük laborantı Kosayeva Aybəniz Qədir qızı işdə vəfat edib.

Məsələ ilə bağlı AzMİU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev Redaktor.az-a açıqlamasında bildirib ki, bu gün səhər saatlarında Aybəniz Kosayeva işə gəlib və qəfil halı pisləşib:

"Universitetin tibb xidmətinin və çağırılan təcili tibbi yardım həkimlərinin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Aybəniz Kosayeva ürək çatışmazlığından əziyyət çəkirdi və bu xəstəliyə görə müalicə alırdı. Həkimlərin ilkin təşxisinə görə, onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Aybəniz Kosayeva 19 sentyabr 1951-ci ildə Qazax şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Neft və Kimya İnstituna daxil olub və 1974-cü ildə Qeyri üzvi maddələrin və kimyəvi gübrələrin texnologiyası ixtisasını bitirib.
Aybəniz Kosayeva 1975-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kimya kafedrasında ( indiki Fizika və Kimya ) işləyib.