"Bu gün təhsil sistemimiz acınacaqlı durumdadır" - Deputat

 20:50 12.03.2023     1435

"Postcəhalət dövrünə qədəm qoyduqmu? Təhsilin rolu nədən ibarətdir? Niyə təhsil insanı daha çox yaxşıya doğru dəyişə bilmir?"

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev Azərbaycan təhsil sistemi barədə "Facebook"da yazdığı statusda qeyd edib.

Deputat bildirib ki, bu gün təhsil sistemimiz acınacaqlı durumdadır.

"Təfəkkürun tiplərinin formalaşdığı bir dövrdə uşaqlar məktəbdən didərgin salınıblar. Tərbiyə etmək paradiqmasını artıq müəllim boynundan atıb. Bir ölçülü təhsil sistemi - yalnız testlər vasitəsilə dərs keçmək funksional savadsızlığı dərinləşdirib. Dinə, həyata baxış irrasionallaşıb. Nitşenin təbirincə desək, “boşluq genişlənir”,- deyən millət vəkiliəlavə edib ki, bunun qarşısını almaq, ictimai fikirdə dönüş yaratmaq, ictimai fikrə təsir etmək missiyasını ziyalılar yerinə yetirə bilmir.

"Yaxşı ki, Aydın və cəmiyyətin gələcəyini düşünən dostlar var. M. K. Mamardaşvili yaxşı deyib: İnsanın ruhunun bulağını 3 şey bağlayır. Qorxaqlıq, tənbəllik və ümid. Hər 3-ü bizim Cəhalətə münasibətimizdə özünü göstərdi. Boşluğu isə genişlənməyə qoymamalıyıq. Bəs savadsızlıq? Buna aid Sokrat aydınlatması var: “Savadsızlıq təhlükəli deyil, təhlükəli olan nadanlıqdır.” 
Postcəhalət dövrü nadanlığa qarşı durmalıdır",- E.Əliyev fikrini tamamlayıb.

Tunar Altunbay