Ali təhsillə bağlı 570 təklif daxil olub - Komitə sədri

 10:31 13.03.2023     690

"Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinə 570 təklif daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə bildirib.

"Aidiyyəti orqanlardan gələn təkliflər arasında 301 təklif komitə tərəfindən qəbul olunub. Komitə tərəfindən təqdim edilən qanun lahiyəsi 12 fəsil, 55 maddədən ibarətdir", - deyə o vurğulayıb.