"Ali təhsilli şəxslərin iş tapmasında müəyyən çətinliklər yaşanır" - Nazir

 10:46 13.03.2023     956

Son illərdə tarixçilər hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir.

Redaktor.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O bildirib ki, bu gün abituriyentlər ixtisas seçimini bazara görə yox özündən əvvəlki abituriyentin seçiminə görə edir.

Əmrullayevin sözlərinə görə, bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır.

"Ona görə də “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var. Bu gün əmək bazarında ali təhsilli şəxslərin iş tapmasında müəyyən çətinliklər yaşanır. Kollec məzunlarında bu problem daha dərindir. Bu gün orta ixtisas təhsili müəssisələri əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır”.

Nazir deyib ki, ali təhsil müəssisələrinə akademik muxtariyyətin verilməsi doğru istiqamətdir. İlk məsələ fakültələrin muxtariyyətidir. Dedi9yinə görə, dünyanın inkişaf etmiş ölkələrində universitet fakültəsi özləri yarımüstəqil müstəqil fəaliyyət göstərir.

“Bir çox məsələlərdə heç kimlə razılaşmadan özləri qərar qəbul edir. Burada iki məsələ var. Azərbaycanın ali təhsil müəssisələrində xeyli müstəqil adıdmlar atılır. Problemlərdən biri odur ki, bu gün yazılan bir qayda bütün universitetlər üçün işləmir. Hər hansı dəyişiklik üçün mütləq qanunvericilik dəyişilməlidir. Maliyyə muxtariyyəti də önəmlidir. Ayrı-ayrı universitetin gəlirləri fakültələr üzrə mexanizm formalaşmalıdır”, - deyə Əmrullayev bildirib.