Sənəd qəbulu başa çatdı - Minlərlə abituriyent ərizəsini təsdiqləmədi

 09:46 16.03.2023     963

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

Bu barədə Redaktor.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib.

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2023-cü il 1 martda başlayıb və 15 mart saat 23:59-da yekunlaşıb.

Son məlumatlara görə, 105 mindən çox abituriyent öz ərizəsini təsdiq edib. 7000-ə yaxın abituriyent isə elektron ərizəsini doldurub yadda saxlasa da, onu təsdiq etməyib.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak ediblər.