Aşağı bal yığanlar məktəbdə 2-3 alanlar olur - DİM sədri

 12:32 17.03.2023     7968

Elə hallar olur ki, orta məktəbdə yaxşı qiymətlər almış şəxslər bizdə aşağı nəticələr göstərir.

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Lakin bu ölkə üzrə kütləvi hal almayıb. Bizdə aşağı bal yığanlar elə məktəbdə də 2-3 alanlar olur", - deyə o qeyd edib.