"Elm və Təhsil Nazirliyində planlaşdırma sıfır səviyyəsindədir" - Deputatdan ETİRAZ

 16:38 17.03.2023     1580

“Hər bir millətin gələcəyi elm və təhsillə bağlıdır. Kəndlərdə ən müasir məktəblər tikilib. Amma təhsilimizin keyfiyyəti aşağı düşdükcə, cəmiyyətimizdə cəhalət, xürafat və radikalizm artır”.

Redaktor.az-ın məlumatına görə, bunu deputat Musa Qasımlı parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

Millət vəkili hesab edir ki, bu məsələyə təhsilin bütün pillələrində diqqət yetirməliyik.

“Elm və təhsil naziri Emin Əmrullayev də burada oturub. Bir neçə il əvvəl Yardımlının Solqard kəndində müasir bir məktəb binası tikildi. 2022-2023-cü ildə məktəb bağlandı. Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyində planlaşdırma, proqnozlaşdırma sıfır səviyyəsindədir. Dövlətin vəsaiti havaya sovruldu, məktəb bağlandı. Bunu edənlər dövlətin, hökumətin qarşısında cavab verməlidir”, - deyə o, bildirib.