Övladlarınızı bu 4 peşəyə yönəldin - Valideynlərə MƏSLƏHƏT

 12:32 27.03.2023     1773

Müasir texnologiyalar inkişaf etdikcə bir sıra ənənəvi peşələr tənəzzül edir. Bu mənada valideynlər övladlarının gələcəyini düşünərək, onları düzgün istiqamətləndirməyə, gələcəyin uğurlu peşələrinə yönəltməyə çalışırlar.

Maraqlıdır, gələcək üçün hansı sahələr perspektivli görünür?

 Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı danışan təhsil məsələri üzrə ekspert Kamran Əsədov gələcəkdə 4 sahəyə daha çox tələbatın olacağını deyib:

"Bununla bağlı konkret proqnoz vermək mümkün deyil. Lakin bir neçə ixtisas sahəsinin gələcəkdə daha önəmli və populyar olmaq ehtimalı yüksəkdir:

1. Yüksək Texnologiyalar: Hər gün yeni və daha təkmilləşmiş texnologiyalar yaradılır və bu sahədə işləmək üçün ciddi tələbat var. Məsələn, sibernetika, süni intellekt, maşın mühəndisliyi, blokçeyn, İoT (İnternetə bağlı əşyalar) və kiber təhlükəsizlik.

2. Tətbiqi Tədqiqat və İnkişaf: Tədqiqat və inkişaf sahəsi, müxtəlif sektorlarda yeniliklərə imza atmaq üçün daimi tələbat var. Bu sahəyə misal olaraq, biotexnologiya, nanotexnologiya, materiallar üzrə tədqiqat, enerji, hərbi texnologiyalar, mühəndislik kimi ixtisaslara daha çox ehtiyac duyulacaq.

3. Mühəndislik: Mühəndislik, inkişaf edən dünyada daima əhəmiyyətli bir ixtisas olacaq. Mühəndislik sahəsindəki yeni və yenilikçi ideyalar, yeni layihələr, inkişaf etmiş texnologiyalar, enerji sahəsinin inkişafı kimi müxtəlif səbəblər, mühəndislik ixtisasına olan tələbi artıracaq.

4. Sağlamlıq: Sağlamlıq sahəsi gələcəkdə daha da təkmilləşdiriləcək".

Tunar Altunbay