“Ətin sümüyünü bişirirlər, özünü aparırlar” - 3 saylı uşaq evində nələr baş verir? - VİDEO

 10:46 29.03.2023     4651

Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən şikayət var.

Redaktor.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Orada qalan uşaqlardan biri iddia edib ki, müəssisədə uşaqlara quru çörək verirlər:

“Uşaq evinə gələn ərzağı aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.

O qeyd edib ki, direktor ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb (oxu.az).