Sertifikasiyadan keçə bilməyən müəllimlər üçün təlimlər BAŞLAYIR

 15:07 29.03.2023     2208

Aprelin 1-dən Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regionları üzrə ixtisasartırma təlimlərinə başlanılır.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, institutun təşkil etdiyi bu təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək təhsilverənlərə dəstək məqsədi daşıyır: "48 saatlıq ixtisasartırma təlimləri ibtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək. Dəstək təlimləri müdavimlərin yaşayış yerləri nəzərə alınmaqla 53 təlim mərkəzində təşkil olunacaq".

Direktor söyləyib ki, 2 700-dən çox ibtidai sinif müəllimini əhatə edəcək bu təlimlərdə sertifikatlaşmada yüksək nəticə göstərən müəllimlərin də təlimçi kimi fəaliyyət göstərmələrinə şərait yaradılacaq.

R.Əzizov qeyd edib ki, bu ilin mart ayından bir neçə bölgədə sertifikasiya görüşləri keçirilir.

O bildirib ki, bu görüşlər müəllimləri məlumatlandırma xararakteri daşıyır: "Ötən ilə nisbətən bu il psixoloji gərginlik azalıb. Artıq müəllimıər görür ki, imtahan verənlərin çoxu uğur qazandı" (report).