22 saylı məktəbdə şagird intihar edib? - VİDEO

 16:32 30.03.2023     725

Bakıda orta məktəblərin birində şagird ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.

Redaktor.az "Baku.ws"ə istinadla bildirir ki, görüntülərdə 9-cu sinif şagirdi olduğu deyilən şagirdin xərəklə təcili tibbi yardım maşınına qoyulması öz əksini tapıb.

Hadisə Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Bakı şəhəri 22 nömrəli tam orta məktəb şagirdin təhsil müəssisəsinin binasından yıxılması xəbərinə münasibət bildirib.

Məktəbdən oxu.az-a verilən məlumata görə, şagirdin məktəbdə ikinci mərtəbədən yıxılması ilə bağlı məlumat həqiqəti əks etdirmir:

“Bu gün 9f sinfinin şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) fiziki tərbiyə dərsində yıxılıb və qolundan yüngül xəsarət alıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb, şagirdin ailəsinə məlumat verilib. 

Hazırda şagird evdədir, özünü yaxşı hiss edir”.

Həmin görüntüləri təqdim edirik: