Bu məktəbə direktor AXTARILIR

 17:37 03.04.2023     2577

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan Bakı şəhəri 331 nömrəli ümumi orta məktəbə direktor vəzifəsinə işə qəbul üçün müsabiqə elan edir.

İdarədən Redaktor.az-a verilən məlumata görə, sənəd qəbulu 4-11 aprel tarixlərini əhatə edəcək.

Müraciət etmək istəyən şəxslər müvafiq sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, ali təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) BŞTİ-nin İnsan resursları sektoruna (Əlaqə: 146-1 (daxili: 6021)) təqdim edə bilərlər.

Şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisəsinə direktor vəzifəsinə işə qəbul test və müsahibə yolu ilə həyata keçiriləcək.