Məhəmməd Psixiatriya Xəstəxanasından evə buraxıldı - VİDEO

 16:22 05.04.2023     1220

Bakının Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evində baş verənlər barədə videosu ilə gündəm olan, ardınca Psixiatriya Xəstəxanasına yerləşdirilən 16 yaşlı Məhəmməd Hacıyev tibb ocağından evə buraxılıb. 

Redaktor.az xəbər verir ki, bu barədə “Ümid ilə gəl” verilişinin aparıcısı Tarix Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, yeniyetməni qardaşı Əli Hacıyev xəstəxanadan çıxarıb. 

Əlinin dediyinə görə, 3 saylı Uşaq Evinin direktoru Məhbubə Hüseynova ondan qardaşını Psixiatriya Xəstəxanasından çıxarmamağı tapşırıb.

16 yaşlı Məhəmməd videoda ona dəstək olanlara təşəkkür edib: “Məni düşünmüsünüz, bundan sonra narahat olmayın. Uşaq evində qalan dostlarıma da demək istəyirəm ki, narahat olmayın, hər şey düzələcək”. 

Həmin videonu təqdim edirik: