Şagirddə vərəm aşkarlandı - Sinif yoldaşlarına peyvənd vuruldu

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində şagirddə vərəm xəstəliyi aşkar edilib.
Redaktor.az xəbər verir ki, 136 nömrəli tam orta məktəbdən “Qafqazinfo”ya bildirilib ki, martın 31-də məktəbin 8ç sinif şagirdində (müəyyən səbəblərdən şagirdin adı qeyd olunmur) vərəm xəstəliyi aşkarlanıb.
“Məktəbli martın 10-dan dərs prosesində iştirak etməyib. X sinifdə oxuyan bacısı isə martın 31-dən etibarən məktəbə gəlmir. Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən sinifdə dezinfeksiya işləri aparılıb. Həmçinin şagirdin sinif yoldaşlarına peyvənd vurulub", - rəsmi məlumatda qeyd olunub.