Məktəblilər arasında virus yayılıb -  XƏBƏRDARLIQ

 10:13 07.04.2023     834

Məktəblilər arasında suçiçəyi virusu yayılıb. Virusa görə məktəbə getməyənlərin sayında artım müşahidə olunur.

Redaktor.az xəbər verir ki, suçiçəyi virusuna daha çox payaxtın Yasamal və Qaradağ rayonlarında, Abşeronun Masazır qəsəbəsi və Xırdalan şəhərində, eləcə də Sumqayıt şəhərində rast gəlinir.

Təhlükəli xətəlik sayılan suçiçəyinə görə həkimlər valideynləri diqqətli olmağa çağırıb. Vaxtında müalicə prosesinə başlanılmazsa, uşaqların aylarla xəstəxana şəraitində qalması ilə nəticələnə bilər.

Ətraflı ARB TV-nin videomaterialında izləyə bilərsiniz: