“Yüksəliş”də ilk imtahan vaxtı məlum oldu

 15:38 07.04.2023     1418

Üçüncü "Yüksəliş" müsabiqəsinin ilk imtahanı aprelin 16-da keçiriləcək.

Redaktor.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, onlayn keçiriləcək imtahanda dünyagörüşünün yoxlanılması üçün verilən sualların 50 faizinə cavab verənlər növbəti mərhələyə keçəcəklər.