Yeniyetməni Psixiatriya Xəstəxanasına yerləşdirən direktor işdən ÇIXARILDI

 10:55 13.04.2023     1336

Bakıda 3 nömrəli Uşaq evinin direktoru dəyişdirilib.

Redaktor.az xəbər verir ki, bu gün Xətai rayonu 3 nömrəli Uşaq evində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib.

Müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyevaya təyin edilib.

Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, 3 saylı Uşaq evinin rəhbəri Məhbubə Hüseynovanın adı bir sıra qalmaqallarda hallanırdı.

Belə ki, bir müddət əvvəl Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev video paylaşaraq uşaq evinə gətirilən ərzaqların onlara verilmədiyini iddia edib. Daha sonra məktəbin direktoru Məhbubə Hüseynova tərəfindən Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.