Magistratura səviyyəsi üzrə bəzi ixtisasların təsnifatı artırıldı
Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların təsnifatı artırılıb.
Redaktor.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaş-maların) Təsnifatı”nda edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən “XTM060011** Dövlət təhlükəsizliyi və idarəetmə - Dövlət təhlükəsizliyi və idarəetmə (sahələr üzrə)” ixtisası bu təsnifata əlavə edilib. Eyni zamanda qərara əsasən, Bu ixtisaslaşmaya aldıqları ixtisasdan asılı olmayaraq ali təhsilli hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının qəbul prosedurlarına uyğun olaraq magistraturaya qəbul oluna biləcəklər.