Peşə məktəblərinin 79 müəllimi sertifikatlaşdırmaya cəlb olunacaq

 17:26 28.04.2023     316

Peşə təhsil müəssisələrində çalışan və Azərbaycan dili və ədəbiyyatı fənni üzrə tədris verən 79 müəllimin növbəti günlərdə sertifikasiya prosesinə cəlb edilməsi planlaşdırılır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Redaktor.az-a verilən xəbərə görə, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsil müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin sertifikatlaşdırma prosesi ilə bağlı məlumat xarakterli görüş baş tutub.

Görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin, İnsan resursları mərkəzinin həmçinin peşə təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə müsbət təsirləri haqda danışıblar.

Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, müəllimlər üçün əlavə dəstək tədbirləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə müəllimləri məlumatlandırıb.

Görüşdə, həmçinin sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlər səsləndirilib, müzakirələr aparılıb.