7 yaşlı uşağın öldürüldüyü məktəbdən qəribə AÇIQLAMA

 13:07 02.05.2023     594

Xəbər verdiyimiz kimi, aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilov keçirdiyi sambo məşqləri zamanı 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək onun ölümünə səbəb olub.

Məsələ ilə bağlı hadisənin baş verdiyi məktəbdən açıqlama almağa çalışdıq.

Maraqlıdır ki, zəngə cavab verən məktəb əməkdaşı Redaktor.az-a dedi ki, məsələnin mediaya aidiyyəti yoxdur.

"Hazırda direktor məktəbdə olmadığı üçün əlavə məlumat verə bilməyəcəyik. Nə müəllim (məşqçi Mehman Xəlilovu nəzərdə tutur - red.) məktəbdə dərs deyir, nə də şagird (Fərid Bakarov) məktəbin şagirdidir. Məsələnin sizə heç bir adiyyəti yoxdur",- deyən məktəbin qadın əməkdaşı dəstəyi asdı.

Qeyd edək ki, Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi 19 saylı məktəbin direktoru Pərvanə Ramazanovadır.

Humay İSGƏNDƏRLİ