Havar Məmmədovun işdən çıxarılacağı təkzib olundu

Bakı Mühəndislik Universitetinin rektorunun yaxın vaxtda vəzifəsindən azad olunacağı barədə məlumat yayılıb.
Məlumata görə rektor Havar Məmmədov yaşla əlaqədar təqaüdə göndəriləcək.
Bakı Mühəndislik Universitetinin mətbuat katibi Elman Babayev Redaktor.az-a bildirdi ki, məlumat yanlışdır.
"Yanlış informasiya yayılıb. Həmin məlumatı yayanlar da informasiyanı aradan qaldırıb".
Humay İSGƏNDƏRLİ