Rüşvət alan məktəb direktoru axtarışa verildi - FOTO

 09:53 03.05.2023     601

Azərbaycanda rüşvət almaqda təqsirləndirilən məktəb direktoru barəsində axtarış elan olunub. 

Redaktor.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. 

Qeyd olunub ki, əvvəllər Bakı şəhəri, Sabunçu rayonu, F. Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Abdulla oğlu Səfərov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirli bilinir. 

Qeyd edək ki, C.Səfərovun barəsində cinayət işinin başlanması ilə bağlı hələ 2020-ci ildə Baş Prokurorluq tərəfindən məlumat yayılıb. 

Görünür C.Səfərov istintaqdan yayındığı üçün axtarışa verilib.