Diplomu olmayan şəxslər işdən çıxarılacaq? - Nazirlikdən AÇIQLAMA

 16:16 10.05.2023     1013

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi bir müddət əvvəl 5800 tərbiyəçi-müəllim məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsilinin olmadığı barəsində məlumat yayıb.

Maraqlıdır, diplomlarını aidiyyəti quruma təqdim etməyənlərin aqibəti necə olacaq?

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi Redaktor.az-ın sorğusunu cavablandırıb.

"Hazırda həmin şəxslərin işdən uzaqlaşdırılması haqqında söhbət getmir və nazirliyin belə bir niyyəti də yoxdur. 2026-cı ilə qədər bütün müəllimlər sertifikatlaşdırılma prosesində iştirak edəcəklər",-deyə nazirlikdən bildirilib.

Humay İSGƏNDƏRLİ