Hərbi liseylərin nəticəsi nə üçün yüksəkdir?

 11:40 16.05.2023     366

Bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxışında qeyd edib ki, hərbi liseylərin nəticələri ölkənin orta göstəricisindən yüksəkdir.

"Elm və Təhsil Nazirliyinin tabeliyindəki liseylərin məzunlarının orta nəticəsi 177 bal olub. Bu da kifayət qədər yüksək göstəricidir. Hərbi liseylərin nəticələri ölkənin orta göstəricisindən də yüksəkdir",- deyə M.Abbaszadə bildirib.

Maraqlıdır, hərbi liseylərin nəticəsinin yüksək olma səbəbi nədir?

Bununla bağlı təhsil eksperti Vüsalə Ağabəyli Redaktor.az-a danışıb.

Ekspert dedi ki, ümumi nəticənin hansı hissəsinin məktəbə aid olduğu məlum deyil:

"Mələykə Abbaszadənin çıxışı ilə bağlı onu deyə bilərəm ki, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseylərin orta nəticələrinin 177 bal olduğunu qeyd edib və bunun da kifayət qədər yüksək olduğunu vurğulayıb. Lakin bu nəticələri də, orta məktəblərin nəticələrini də tam olaraq onların real nəticəsi, yoxsa repetitorların nəticəsi hesab etmək olar? Çünki 9-cu sinifdən yuxarı çox az sayda şagird olar ki, repetitor yanına getməsin. Hərbi liseylərin isə sayı ölkə üzrə orta təhsil məktəblərindən dəfələrlə azdır. Ona görə də, hərbi liseylərin nəticəsinin orta məktəblərin nəticəsi ilə müqayisəsi, fikrimcə, nisbi xarakter daşıyır".

Humay İSGƏNDƏRLİ