Naxçıvanda rezidenturaya qəbul imtahanı keçirildi
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının birinci mərhələsini (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçirib.
Redaktor.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədovun report-un yerli bürosuna verdiyi məlumata görə, Naxçıvan şəhərində keçirilən imtahan saat 11:00-da başlayıb və 2 saat 30 dəqiqə davam edib.
İmtahan Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə 7 zalda keçirilib. İmtahanın keçirilməsində 1 imtahan rəhbəri və 8 nəzarətçi cəlb olunub, 79 namizəd iştirak edib.