Lisey və gimnaziyalara qəbul qaydaları AÇIQLANDI

 10:46 16.05.2023     527

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qəbul qaydaları açıqlaqnıb.

Elm və Təhsil Nazirliyindən Redaktor.az-a bildirilib ki, sözügedən qaydalar aşağıdakılardır:

1. Lisey və gimnaziyalara ərizə qəbulu “Şagirdlərin yerdəyişməsi elektron xidmət portalı”nda (https://sy.edu.az/login) may ayının 12-dən iyun ayının 6-na kimi davam edəcək.

Qəbul imtahanı tədris dili və riyaziyyat fənləri üzrə keçiriləcək. Tədris dili Azərbaycan və ya rus dilidir.

2. Lisey və gimnaziyalara qəbul imtahanı aşağıdakı siniflər üzrə keçiriləcək:

- Hazırda 4-cü sinifdə təhsil alan şagirdlər (5-ci sinfə qəbul);

- Hazırda 5-ci sinifdə təhsil alan şagirdlər (6-cı sinfə qəbul);

- Hazırda 6-cı sinifdə təhsil alan şagirdlər (7-ci sinfə qəbul);

- Hazırda 7-ci sinifdə təhsil alan şagirdlər (8-ci sinfə qəbul).

3. Siniflər üzrə sual sayı belədir:

- V sinfə qəbul: tədris dili 15 sual, riyaziyyat 30 sual. Cəmi – 45 sual;

- VI sinfə qəbul: tədris dili 20 sual, riyaziyyat 40 sual. Cəmi – 60 sual;

- VII sinfə qəbul: tədris dili 20 sual, riyaziyyat 40 sual. Cəmi – 60 sual;

- VIII sinfə qəbul: tədris dili 25 sual, riyaziyyat 50 sual. Cəmi – 75 sual.

4. Fənlər üzrə 5 sual 1,5 bal, qalan suallar isə 1 bal olaraq dəyərləndiriləcək. Siniflər və fənlər üzrə ən yüksək ballar cədvəldə qeyd edilib:

 

IV SİNİF

V SİNİF

VI SİNİF

VII SİNİF

 

 

Tədris dili

Cəmi: 15 sual.

10 sual 1 bal,

 

5 sual 1,5 bal.

 

Cəmi: 17,5 bal

Cəmi: 20 sual.

15 sual 1 bal,

 

5 sual 1,5 bal

 

Cəmi: 22,5 bal

Cəmi: 20 sual.

15 sual 1 bal,

 

5 sual 1,5 bal

 

Cəmi: 22,5 bal

Cəmi: 25 sual.

20 sual 1 bal,

 

5 sual 1,5 bal

 

Cəmi: 27,5 bal

 

 

Riyaziyyat

Cəmi: 30 sual.

25 sual 1 bal,

 

5 sual 1,5 bal

 

Cəmi: 32,5 bal

Cəmi: 40 sual.

35 sual 1 bal,

 

5 sual 1,5 bal

 

Cəmi: 42,5 bal

Cəmi: 40 sual.

35 sual 1 bal,

 

5 sual 1,5 bal

 

Cəmi: 42,5 bal

Cəmi: 50 sual.

45 sual 1 bal,

 

5 sual 1,5 bal

 

Cəmi: 52,5 bal

TOPLAM

50 BAL

65 BAL

65 BAL

80 BAL

5. İmtahanlar aşağıdakı tarixlərdə keçiriləcək:

- VI-VII siniflər üzrə (VII və VIII siniflərə qəbul) – 16 iyun 2023-cü il.

- V siniflər üzrə (VI sinfə qəbul) – 17 iyun 2023-cü il.

- IV sinif (V sinfə qəbul) – 18 iyun 2023-cü il.

6. Eyni yerə müraciət edən şagirdlərin xalis faizi bərabər olduğu halda, ilk olaraq riyaziyyat fənni üzrə nisbi bal, daha sonra tədris dili üzrə nisbi bal əsas hesab ediləcək.

7. Proseslərin ardıcıllığı belədir:

- Portalda (https://sy.edu.az) valideyn (və ya qanuni nümayəndə) modulunun yaradılması və şagirdin valideyn moduluna (və ya qanuni nümayəndə) əlavə edilməsi;

- Şagird üçün mərkəzləşdirilmiş imtahana sorğu yaradılması və buraxılış vərəqinin əldə edilməsi;

- İmtahanda iştirak;

- Nəticələr elan edildikdən sonra lisey, gimnaziya seçiminin edilməsi (1-ci mərhələdə 3 seçim imkanı);

- Yerləşdirmə bitdikdən sonra şagird qəbul olunacağı təqdirdə valideyn (və ya qanuni nümayəndə) modulundan şagirdin qəbul olunduğu liseyin, gimnaziyanın təsdiqlənməsi;

- Şagird qəbul olunacağı təqdirdə avtomatik sorğu yaradılacaq. Həmin vaxt ərzində şagirdin sənədlərinin oxuduğu məktəbdən alınıb yeni qəbul olunduğu lisey, yaxud gimnaziyaya təhvil verilməsi;

- Boş qalan yerlərin elan edilməsi və 2-ci mərhələ üçün lisey, gimnaziya seçiminə (2 seçim imkanı) start verilməsi;
- Nəticələrin açıqlanması və sənədlərin qəbulu;

- Qeyd: Ehtiyac yaranarsa, 3-cü mərhələdə lisey, gimnaziyada boş qalan yerlərə seçimin (2 seçim imkanı) həyata keçirilməsi;

- Nəticələrin açıqlanması və sənədlərin qəbulu.

8. Portalda (https://sy.edu.az) qeydiyyatı olan valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” yazısını işarələməklə açılan pəncərədə imtahanın keçiriləcəyi şəhər və mərkəzi seçməlidir.

9. Portalda qeydiyyatı olmayan valideyn (və ya qanuni nümayəndə) öncə şəxsi kabinet yaratmalı, daha sonra şagirdin məlumatlarını kabinetə əlavə etməli və “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” qeydi yazılan yerdən imtahanın keçiriləcəyi şəhər və mərkəzi seçməlidir.

10. Rus bölməsində təhsil alan şagird təhsilini istəyinə uyğun olaraq Azərbaycan və ya rus bölməsində davam etdirə bilər.

11. Azərbaycan bölməsi üzrə təhsil alan şagirdin tədris dilini dəyişmək imkanı yoxdur.

12. Portalda qeydiyyatdan keçərkən “Kitabça dili” bölməsi görünəcək. Tədris başqa dillərdə həyata keçirilən şagirdlərə həmin xanada “Azərbaycan” və ya “Rus dili” seçimi təqdim edilir.

Bu mərhələdə seçilən tədris dilindən asılı olaraq şagirdə uyğun məktəblər bölməsi açılır. Eyni zamanda, şagirdin sual kitabçası da həmin dildə təqdim edilir. Şagird qəbul olunacağı halda tədris dili “Kitabça dili” seçiminə uyğun olaraq birbaşa tənzimlənir.

13. Qeydiyyatdan keçərkən tələb edilən bütün məlumatları daxil etdiyinizə əmin olun. Buraxılış vərəqi yüklənib çap edilməyənə qədər qeydiyyatınız tamamlanmış hesab olunmur.

14. Qeydiyyatdan keçərkən qeyd edilən imtahan mərkəzi (binası) sonradan dəyişdirilə bilməz.

15. İmtahan mərkəzinə buraxılış vərəqi olmadan daxil olmaq və imtahanda iştirak etmək mümkün deyil.

16. Şagirdin şəxsiyyət vəsiqəsində şəkli yoxdursa, buraxılış vərəqinə mütləq 3x4 ölçüdə şəkil əlavə edilməlidir.

17. Buraxılış vərəqində möhürə ehtiyac yoxdur.

18. Şagird ancaq buraxılış vərəqində qeyd olunan mərkəz (bina) üzrə imtahanda iştirak edə bilər.

19. Şagird imtahan mərkəzinə imtahanın başlayacağı vaxtdan ən azı 1 (bir) saat tez gəlməlidir.

20. Şagirdin imtahana gələrkən mütləq özü ilə gətirməli olduğu vəsaitlər: şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqi (çap olunmuş formada), tünd-qara, yaxud göy rəngdə yazan qələm.

21. Şagirdin imtahana gələrkən gətirə biləcəyi əlavə vəsaitlər: sadə karandaş, pozan, eynək (ehtiyac varsa), şəffaf butulkada su.

22. İmtahana mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.

23. Birinci mərhələdə 3 (üç) yer seçimi imkanı verilir. Hər 3 (üç) seçimi qeyd etmək zərurəti
yoxdur.

24. Şagirdin sənədlərinin qəbul olunduğu lisey və ya gimnaziyaya təqdim edilməsi avqustun ilk həftələrində həyata keçiriləcək.

25. Birinci mərhələdə seçim edib qəbul olan şagird həmin təhsil müəssisəsində oxuyacağını təsdiqləmir, sənəd qəbulu zamanı gecikir, sənədlərini həmin liseyə, gimnaziyaya vaxtında təqdim etmir, yaxud oxumaqdan imtina edirsə, onun ikinci mərhələdə iştirakına icazə verilir. Lakin ikinci mərhələdə qəbul olub hər hansı səbəbdən sənədlərini qəbul olunduğu lisey yaxud gimnaziyaya təqdim etməyən şagirdlərin üçüncü mərhələdə iştirakına icazə verilmir.

26. Lisey, gimnaziya seçimi edib qəbul olmayan şagirdlərin sonrakı mərhələlərdə iştirakında heç bir məhdudiyyət yoxdur.

27. Birinci mərhələdə seçim etməyən şagirdlərin növbəti mərhələdə yalnız vakant yer olan lisey və gimnaziyalar arasında seçim etmək imkanı olacaq.

28. Birinci mərhələdə seçim edib qəbul olan, lakin hər hansı səbəbdən sonradan fikrini dəyişən şagirdlər ikinci mərhələnin seçimlərində iştirak edə biləcəklər. İkinci mərhələdə qəbul olunmayacaqları halda, üçüncü mərhələdə də iştirak edə bilərlər.

29. İkinci mərhələdə lisey, gimnaziya seçimi edib qəbul olan şagirdlərin üçüncü mərhələdə iştirak etmələrinə icazə verilmir.

30. Birinci mərhələdə seçim edib qəbul olan, lakin ikinci mərhələdə seçim etməyən şagirdlər üçüncü mərhələdə iştirak edə bilərlər.

31. Şagird mərkəzləşdirilmiş qaydada imtahan verərək qəbul olunduğu lisey və gimnaziyadan mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən digər təhsil müəssisəsinə yerdəyişmə edə bilməz. Bu halda yalnız növbəti tədris ilində keçiriləcək qəbul imtahanında iştirak etmək mümkündür.

32. Boş qalan yerlərə ikinci və üçüncü mərhələ ilə əlaqəli lisey/gimnaziya seçimi (ehtiyac olacağı halda) avqust ayında həyata keçiriləcək.

33. İkinci və üçüncü mərhələdə hər şagirdə 2 seçim imkanı verilir.

34. Əlavə sual olacağı təqdirdə “WhatsApp” üzərindən 050 791 46 31 telefon nömrəsinə, yaxud https://sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks-əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilərsiniz.