Bu il işdən qovulan məktəb direktoru və bağça müdirlərinin sayı AÇIQLANDI

 16:51 16.05.2023     1432

İlin əvvəlindən 22 məktəb direktoru işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir qeyd etdi ki, 19 bağça müdiri də işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Humay İŞGƏNDƏRLİ