Nazir tədris ilinin sentyabrın 1-dən başlanmasını TƏKLİF ETDİ

 16:59 16.05.2023     1548

"Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedir. Misal olaraq, 10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam".

Redaktor.az xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirdi.

Nazir qeyd etdi ki, tədris ilinin uzun olmasının uşaqların gələcəyi üçün daha yaxşıdır.

"İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə üç aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir", - deyə E.Əmrullayev dedi.

Humay İSGƏNDƏRLİ