"Azərbaycan təhsili geriləyib" - Emin Əmrullayev

 17:26 16.05.2023     1460

“Oxu nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatın "PİRLS 2021"in  nəticələri açıqlanıb. Bu tədqiqat COVID təsirlərini ölçməyə yönəlib. Gözlənildiyi kimi qlobal təhsil nəticələrində geriləmə müşahidə edilib”.

Redaktor.az xəbər verir ki, bu barədə  keçirdiyi brifinqdə elm və təhsil naziri Emin Əmrullayev danışıb.

Nazir qeyd edib ki, Azərbaycan da daxil olmaqla 65 ölkə arasında qiymətləndirmə keçirilib: “Ümumilikdə 184 qrup üzrə 5,3 min şagird iştirak edib. Oxu nailiyyətləri sıralanması üzrə Azərbaycan 35-ci sırada 440 bal toplayıb”.

Onun sözlərinəı görə, COVID-in təsirləri təhsilə ciddi təsir edib: “2026-ci ildə keçiriləcək növbəti “PİRLS”in nəticələri açıqlananda biz biləcəyik ki, itirdiklərimizi bərpa etmişik, ya yox. Təsirlər təkcə Azərbaycanda yox, bütün dünya ölkələrinin tədrisində hiss olunub. Yalnız 5 ölkə üzrə nəticələr stabil qalıb”.

Humay İSGƏNDƏRLİ