Nazirdən qeyri-ixtisas tərbiyəçilər barədə mühüm AÇIQLAMA

"Başqa peşənin diplomu ilə tərbiyəçi işləyənlərin maaşları dayandırılmayıb".
Bunu Redaktor.az-ın sualına cavab olaraq elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir əlavə edib ki, hazırda qeyri-ixtisas tərbiyəçilər müəyyən təsnifata uyğunlaşdırılır:
"Yaxın günlər ərzində bu məsələyə ümumi rəy bildiriləcək".
Humay İSGƏNDƏRLİ