"8 mindən çox tərbiyəçinin maaşı aşağı düşəcək" - Ekspert

 14:33 17.05.2023     632

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bildirdi ki, başqa peşənin diplomu ilə tərbiyəçi işləyənlərin maaşları dayandırılmayıb.

“Hazırda qeyri-ixtisas tərbiyəçilər müəyyən təsnifata uyğunlaşdırılır. Yaxın günlər ərzində bu məsələyə ümumi rəy bildiriləcək” - nazir deyib.

Maraqlıdır, bağçada hansı pilləli vəzifələr, “rütbələr” var ki, maaşlar da bu təsnifata uyğun müəyyən edilsin?

Bununla bağlı təhsil eksperti Kamran Əsədov Redaktor.az-a danışıb.

Ekspert söylədi ki, təhsil işçilərinin vahid ştat cədvəlinə görə orada çalışanların iş stajına, təhsilinə uyğun olaraq əmək haqqları müəyyənləşir:

“Kateqoriya 10-cu dərəcədən, 20-ci dərəcəyə qədərdir. Əgər kimsə ilk dəfə başlayıbsa, orta ixtisas təhsillidirsə, daha aşağı maaş alacaq. Bu da doğru addımdır. Məsələ ondan ibarətdir ki, həmin tərbiyəçilər indiyənə kimi bu təsnifata cəlb edilməyiblər. Orta ixtisas təhsili olmayanların 36-80 manat arasında əmək haqlarının aşağı düşmə ehtimalı var. Müvafiq sahə üzrə ali təhsili olan, 5 ildən çox stajı olan şəxslərin isə əmək haqqlarında artım ola bilər. Amma yeni qaydalarla əmək haqqının müəyyənləşməsi 8 mindən çox işçinin əmək haqqını aşağı salacaq”.

Humay İSGƏNDƏRLİ