Dərs ili nə vaxt başlanıb, nə vaxt bitməlidir? - SORĞU

 16:49 18.05.2023     11911

Azərbaycanda 2004-cü ilə qədər dərslər sentyabrın 1-i başlayıb, mayın sonu bitirdi. 2004-cü ildən isə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlayıb iyunun 15-nə qədər davam etdirilməsi qərara alındı. Həmin vaxtdan bu günədək həm ölkə əhalisi, həm təhsil ictimaiyyəti iyun ayında havaların çox isti keçməsini nəzərə alaraq dərslərin yenidən 1 sentyabr - 31 may tarixləri arasında keçirilməsinə çağırış edirlər. Lakin bu günə qədər bu məsələ öz həllini tapmayıb. Əksinə bu günlərdə elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib ki, dərslərin sentyabrın 1-də başlanıb, 15 iyunda bitməsinin tərəfdarıdır. Yəni təhsil müddəti daha da uzadılmalıdır. 

Qeyd edək ki, nazirin bu açıqlaması yenidən müzakirələrə səbəb olub və çoxsaylı etirazlar var. 

Bəs, dərs ili nə vaxt başlanıb, nə vaxt bitməlidir? Bunun üçün ən optimal variant hansıdır?

Dərs ili nə vaxt başlanıb, nə vaxt bitməlidir?

1 sentyabr – 31 may

106 səs (85%)

15 sentyabr – 15 iyun

13 səs (10%)

1 sentyabr – 15 iyun

5 səs (4%)