Şirvan şəhər 14 nömrəli tam məktəbin bağlanması barədə AÇIQLAMA - VİDEO

 18:00 18.05.2023     750

Xəbər verdiyimiz kimi, Şirvan şəhərində yerləsən 14 saylı məktəbin bağlanacağı barədə məlumat yayılıb.

Səhər saatlarında övladılarını məktəbə gətirən valideynlər, eləcə də təhsil müəssisində çalışan pedaqoji kollektiv məktəbin fəaliyyətinin naməlum səbəblərdən dayandırılacağı xəbərini eşidiblər. Bu addımın hansı səbəbdən atıldığı məlum olmasa da, valideynlər və müəllimlər təhsil ocağının fəaliyyətinin dayandırılmasına etiraz ediblər. Vətəndaşlar  iddia edir ki, məktəbəqədər hazırlıq  quruplarına və birinci sinfə  onlayn qəbul dayandırılıb. Burada şagird sayının az olması məktəbin bağlanmasına səbəb kimi göstərilir.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Elm və Təhsil Nazirliyindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, hazırda məktəbdə şagirdlərin təhsili davam edir:

"Sorğunuza cavab cavab olaraq bildiririk  ki, Şirvan şəhər R.Həbibov adına 14 nömrəli tam orta məktəb 240 nəfərlik 1 növbəli , 49 nəfər heyətdən ibarət olmaqla Azərbaycan və Rus  bölməsi üzrə 5 günlük fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 270 nəfər şagird təhsil alır. Qeyd edək, ki Şirvan şəhər R.Həbibov adına 14 nömrəli tam məktəbin bağlanmasına dair heç bir rəsmi məlumat yoxdur. Hal-hazırda orada şagirdlərin təhsili davam edir".

Həmidə İbrahimli