III qrup üzrə qəbul imtahanları başa çatdı

 14:10 20.05.2023     442

Bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirlib.

Redaktor.az xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.

İmtahan Səbail rayonu 239 nömrəli tam orta məktəbdə də təşkil olunub. Burada 242 abituriyent imtahan verib. Onlardan 53-ü oğlan, 189-u qız, 14-ü fiziki məhdudiyyətli şəxslərdir.