Nazirlik məktəblərə qəbulla bağlı şərtləri LƏĞV ETDİ

 11:05 24.05.2023     1019

26 may saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə I siniflərə qəbul üçün prioritet tələbi tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə qeyd-şərtsiz qəbul aparılacaq.

Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Sözügedən ümumi təhsil müəssisələrinin siyahısı aşağıda təqdim edilib:

  • Heydər Əliyev adına lisey;

  • T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

  • İ.Hacıyev adına tərəqqi texniki-humanitar liseyi;

  • İ.Əfəndiyev adına elitar gimnaziya;

  • “Ankara məktəbi” məktəb-lisey;

  • 132-134 nömrəli təhsil kompleksi;

  • T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

  • Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi;

  • Zəngi liseyi.

Qeyd edək ki, adı çəkilən təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə I siniflərinə valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsi üçün müəyyən edilmiş ərazidə qeydiyyatda olan və qəbul elan olunan vaxtdan ən azı bir il əvvəl həmin ünvanda rəsmi müqavilə əsasında kirayə yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən, bacı və ya qardaşları həmin ümumi təhsil müəssisəsində təhsil alan uşaqlar sözügedən prioritetlərə uyğun qəbul edilirdilər.