Ali təhsil müəssisələrində tərbiyənin psixoloji xüsusiyyətləri

 14:29 25.05.2023     738

Yaş xüsusiyyətlərindən və cinsi fərqlərdən asılı olaraq ali məktəbdə tərbiyənin təsir vasitələrinin auditoriya və auditoriyadankənar hazır modelləri yoxdur. Hətta bəzən belə səslər eşidilir: bu yaşda insanların tərbiyəyə ehtiyacı varmı? Bu suala cavab ondan ibarətdir ki, əgər biz ali məktəbdə tərbiyənin tələbə şəxsiyyətinin özünütəkmilləşdirmə prosesi kimi başa düşsək, onda təhsil paradiqmasında bu suala müsbət cavab vermək olar. Məsələ təkcə tələbələrin dünya görüşünü və peşə bacarıqlarını formalaşdırmaq deyil, həm də tələbə şəxsiyyətinin inkişafını müəyyən mədəniyyət amilləri ilə qarşılıqlı təsiri kimi pedaqoji prosesə daxil etmək lazımdır.

Böyük rus pedaqoqu K.D.Uşinski qeyd edirdi ki, şəxsiyyəti tərbiyə etmək üçün şəxsiyyət, xarakteri tərbiyə etmək üçün xarakter vacibdir. Bu tərbiyə prosesi ali təhsil müəssisələrində rektor-müəllim, rektor-tələbə, müəllim-tələbə, tələbə-tələbə şəxsiyyətinin məqsədyönlü formalaşmasını özünü inkişaf və özünütəkmilləşdirmə istiqamətlərini müəyyən edir.

Tələbəyönümlü təhsil, şəxsiyyətin inkişafında və formalaşmasında müəllim-tələbə münasibətlərində müəllimin aktivliyi heç də tələbənin fəallığından zəif olmamalıdır. Özünütəkmil və özünümükəmməlləşdirmədə şüurun fəallaşmasında motivləşdirən mövqe müəllimə aiddir. Ona görə ki, tələbənin şəxsiyyət kimi formalaşmasında müəllim amili onun öz imkanlarını dərk etməyə, onun idraki fəaliyyətinin istiqamətini müəyyən etməyə yönəlib və bu davranışın moderatoru müəllimdir.

Azərbaycan Dillər Universitetində tələbə şəxsiyyətinin inkişafında və formalaşmasında çox emosional bir müstəvi gender xüsusiyyətidir və bu daim diqqət mərkəzində saxlanılan amildir.

Bunlardan biri tələbə şəxsiyyətinin inkişafında tərbiyəvi təsir vasitəsi kimi rektor akademik Kamal Abdulla tərəfindən təklif edilmiş bir sıra proyektlər auditoriyalarda, zallarda, kitabxanalarda, kafedralarda tez-tez müsahibə obyektinə çevrilir. 44 günlük Zəfərə layiq xalqa xas olan mədəniyyətin tərbiyəsini nəzərdə tutan çox geniş pedaqoji platformadır. Zəfərə layiq xalqa xas olan mədəniyyət, zəfər mədəniyyəti kimi anlayışlar ali məktəb auditoriyasında dövriyyəyə Kamal Abdulla tərəfindən daxil edilmişdir. Zaman etibarı ilə Zəfər müharibəsindən bu günə qədər hər gün bu siyasi təntənənin pedaqoji platformada icrası qarşılıqlı münasibətlər çərçivəsində tələbə şüurunun məzmununa çevrilir. Zəfər – Vətənpərvərlik tərbiyəsi üçün əla nümunədir. Dövlətçilik, vətəndaşlıq, namus, Vətən qeyrəti, torpaq sevgisi, Vətənə məhəbbət hissinin Prezident modeli Zəfərin məzmununu təşkil edir. Onun pedaqoji platformada həllini akademik Kamal müəllim 3 pedaqoji istiqamətdə müəyyənləşdirib və ona görə bütün strukturlar bu vəzifənin yerinə yetirilməsinə cəlb edilib.

Zəfər mədəniyyəti və mədəniyyətə layiq xalq fikri pedaqoji platformada – a) təşkilinə, b) qiymətləndirilməsinə, c) nizam-intizamlı təsirinə görə auditoriyalarda, H.Əliyev adına muzeydə, Multikulturalizm zalında, kitabxanada təşkil edilmiş müsahibələr vasitəsi ilə pedaqoji şüura yeridilir. İcra, rektor-müəllim-tələbə müstəvisində müzakirə, mənimsəmə, əxlaqi davranışa çevrilmə səviyyəsində tələbələrin ciddi emosional çıxışları vasitəsi ilə həyata keçirilir. Zəfər mədəniyyəti tələbə şəxsiyyətinin inkişafında onun şüurunun fəal davranış modelinin informasiya dayağına çevrilir, buna səbəb zəfər mədəniyyəti anlayışının yeni bilik kimi qarşılıqlı təsirin nəticəsi olmasıdır. İkinci növ tərbiyəvi təsir vasitəsi Zəfər mədəniyyətinin qiymətləndirilməsidir.

Rektor-müəllim-tələbə qarşılıqlı münasibətlərində bu mərhələ tələbə dünyagörüşünün, əqidəsinin formalaşmasında zəfərin tələbə-gəncin şüurunda, torpağa sevginin, Vətənə məhəbbətin, ərazi bütövlüyünün, mübarizliyin yenidən yaradılaraq-anlanılaraq tələbənin şüurunda bu dəyərlərin qiymətləndirilməsidir. Zəfər mədəniyyəti ilə bağlı keçirilən məqsədyönlü tədbirlərdə fəallıq tələbələr tərəfindən stimullaşdırılır. Ən emosional davranış isə Universitetin tələbələrinin 96%, professor-müəllim heyətinin 89% təşkil edən xanımların hadisəyə münasibətidir, bu Zəfər mədəniyyətinin mənalandırılması mərhələsidir. Zəfər mədəniyyətinin tələbə şəxsiyyətinin şüurun zənginləşməsində gender məsələsinin emosional vəziyyətini son ilin müşahidələri bizə bunu deməyə əsas verir ki, qarşıya qoyulmuş məqsədlərə birgə fəaliyyət nəticəsində çata bilirik, çünki istək və arzu bu mədəniyyət mənimsənilməsini stimullaşdırır.

Zəfər mədəniyyətinin aşılanmasında 3-cü mühüm təsir modeli nizam-intizam təsiri bağışlayan nümunələrdir. Tələbə-gənclərin, xüsusilə qızların bu mədəni modeli qavramaq üçün təşəbbüslərinin bu gün auditoriyalarda şahidi olmaq olar. Tələbə gənclər – qızlar, xarici dildə, nitq fəallıqlarında Zəfər mədəniyyətinin müxtəlif aspektlərini ünsiyyət dövriyyəsinə daxil etməklə şəxsiyyətlərini təsbit etmiş olurlar. Hər üç təsir vasitəsinin pedaqoji platformada icra olunmasında tələbələr müəssisə rəhbərliyinin diqqətini cəlb etməyə çalışmasını biz psixoloji faktor kimi müsbət qiymətləndiririk.

Auditoriyalarda, akt zallarında mənimsənilmiş nümunələrin tələbə yaradıcılığında ifadə formalarını tez-tez müşahidə edirik. Daha nümunəvi, nizam-intizamlı xarakterli tərbiyəvi qız davranışları bizə belə qənaətə gəlməyə imkan verir ki, deyək ki, qız tərbiyəsinin sosial ustanovkaları gender məsələsinin tələbatı ilə bağlıdır. Fərqlənmək, ifadə olunmaq, tərbiyəvi davranışın gender xüsusiyyətlərindən asılı olaraq ifadə forması taparaq qiymətləndirilmək gənclik yaşa xas olan davranışdır. Tərbiyənin tələbatı kimi gender xüsusiyyətlərini motivləşdirməsinin auditoriyalarda kontekstual həllini tapmaq və qiymətləndirmək müəssisə rəhbərinin gündəlik və ən emosional qayğısıdır və bu qiymətləndiməni tələbə-gənclik rektordan gözləyir və qarşılığını tələbə və müəllim kollektivi səviyyəsində şəxsiyyətinin təsbitinə yönəlmiş cəhdlərlə alır.

Bu o deməkdir ki, tərbiyəvi təsir vasitələri emosionallığı, maraq dairəsi, yaş xüsusiyyətlərini özündə inikas etdirməklə tərəf müqabildə müvafiq fəallıq üçün pedaqoji mövqe formalaşdıra bilib. Biz tək bir platformada tələbə şəxsiyyətinin inkişafı kimi tərbiyənin mövqeyini müəyyən etməklə, onun psixoloji mexanizmini də aşkarlaya bildik.

Pedaqoji platformada tələbə müstəqilliyinə, təşəbbüskarlığına, baş verən idraki hadisəyə münasibəti üçün geniş meydan verilməsi, özünəinamın yaradılmasına, özünüqiymətləndirmə kimi meyarların formalaşmasına səbəb oluruq. Ona görə Universitetdə yaradılmış digər bir davranış tərzi tələbə fəallığının, özünəinamın tərbiyəsində onun müstəqilliyinə verilən qiymətdir. Bu platforma prezidentimiz İlham Əliyevin gəncliyə qayğısına əsaslanıb Universitet rektorunun həyata keçirdiyi “Bir günlük Xəlifə” və fəal tələbələrin Universitetin rəsmi strukturlarında dekan müavini, mütəxəssis kimi əmək fəaliyyətinə cəlb edilməsində tələbə şəxsiyyətinin təsbitini özünə hörmət hissinin formalaşdırılmasının, stimullaşdırılmasıdır. Bu gün ADU-nun hər bir tələbəsi Universitet deyilən əmək bazasında yer üçün motivləşdirilib və rektorun bu sahədə sözü bütövlüyü tələbələrdə qarşılıqlı inamı artırıb.

Azərbaycan Dillər Universitetinin laboratoriyalarında, muzey-zallarında, iri və kiçik akt zallarında Vətənpərvərlik, Dövlətçilik, Vətəndaşlıq mövqelərinin təsbiti ilə bağlı qız tələbələrin aktiv sosial davranışlarının şahidi oluruq.

 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə, dəyirmi masalarda, seminarlarda tələbələrin fəal, yaradıcı iştirakının şahidi oluruq. Dövlətçilik, vətənpərvərlik, vətəndaşlıqla bağlı irsin mənimsənilməsində tələbə gənclərin təxəyyül obrazlarının və fantaziyalarının şahidi oluruq. Hər gün çox emosional coşqu ilə həyata keçirilən bu tədbirlərin tərbiyəvi təbiəti bizə onu deməyə imkan verir ki, deyək ki, Ali məktəbdə tərbiyə - tələbatdır. Onun müvəffəqiyyəti tələbə şəxsiyyətinin anlanılmasından və qiymətləndirilməsindən asılıdır. Tələbə şəxsiyyətinin tərbiyəsində özünəinamın və özünütəkmilləşdirmənin stimullaşdırılması tələbə şəxsiyyətinin müstəqilliyinin formalaşması istiqamətində atılmış pedaqoji yönümlü addımlardır.

Misgər Məmmədov,

ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent