Lisey və gimnaziyaların IX-X-XI siniflərinə qəbul olmayacaq

 15:43 25.05.2023     566

İstisna olaraq bu il Akademik Zərifə Əliyeva adına liseyə 8-ci sinifdən şagird qəbulu elan edilib.

Redaktor.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəetmə sektorunun müdiri Fuad Qarayev "Təhsil masası"nda deyib.

O bildirib ki, IX sinif üçün olan həmin qəbul mərkəzləşmiş qaydada aparılacaq:

"Orada oxumaq istəyənlərin valideynləri sənədləri birbaşa liseyə təqdim etməlidirlər. Digər lisey və gimnaziyaların IX, X və XI siniflərinə qəbul aparılmayacaq. Ümumiyyətlə lisey və gimnaziyaların X-XI siniflərinə şagird qəbulunun tərəfdarı deyilik. Amma xüsusi hallar olarsa, şagird hansısa gimnaziyada oxuyursa, qəbul olduğu il topladığı bal buradakı lisey və gimnaziyaya uyğundursa və ya IX sinfə buraxıldıqda nəticələri məsələn, hər bir fənn üzrə 85-in üzərindədirsə, bu, dəyərləndirilə bilər".